Şeirlər

İslam Səfərli. Xəzərim

Sinən bir ağ gümüşdü, gümüşdü,
Gözüm hüsnünə düşdü, ne düşdü.
Sahilində işıqlar qızıldı,
Yel dəydi, göy köynəyin sızıldı,
Suların çin-çin oldu, Xəzərim.
Ləpən göyərçin oldu, Xəzərim…


Dəmə, qoca Narginim qaladır,
Dəniz məşəsində o, taladı.
Mayakların qızarır nar kimi,
Sinən necə soyuqdur qar kimi.
Ağ dalğan ağ ayıdır, Xəzərim,
Hər ləpən qayağıdır, Xəzərim.


Ürəyimdə söz yatır suyunca,
Dinlə məni, dinlə sən doyunca.
Sularına mirvari düz ki, sən
Paytaxtımın hüsnün. güzgüsən.
Dodaqların duzludur, Xəzərim,
Göylərin ulduzludur, Xəzərim.


Söylə görüm, ay dəniz,ay dəniz,
Çimibmi göy sinəndə Ay , dəniz?
Uduzlar xalınmıdır gecələr,
Dalğalar yalınmıdır gecələr.
Say qoynuna düşübdür güzərim.