Şeirlər

Hikmət Ziya. “Qayçı və moda”

Qayçı elə günaşırı 
Don biçirdi özünə. 
Evdə qulaq tutulurdu 
«Xırrıt-xırrıt» səsinə. 
Saxlayıb öz işini, 
Qaldıraraq başını, 
Ona belə sual verdi 
Bir gün Paltar maşını 
— Qayçı bacı, nə xəbərdir? 
Qollarım əldən düşür. 
Qayçı dedi: — Nə edim ki? 
Gündə moda dəyişir. 
Moddan düşən donlarımı 
Üz edirəm mitilə. 
— Köһnə üzlər nə olur bəs? 
— Göndərirəm utilə...