Bu maraqlıdır!

Niyə Kərtənkələ quyruğunun dəyərini bilmir

Kərtənkələləri təhlükədən çevik ayaqları və quyruğu qoruyur. Təhlükə anlarında düşmən onu quyruğundan tutanda kərtənkələ quyruğunu buraxır və qaçır. Quyruq bir müddətdən sonra bərpa olur.


Bir kərtənkələ üçün quyruğunu itirmək asan deyil. Buna görə də, quyruğundan azad olmazdan əvvəl, o təhlükənin həyatı üçün nə dərəcədə böyük olduğunu qiymətləndirir. Quyruqdan imtina prosesi refleks deyil, beyin tərəfindən tənzimlənən hərəkətdir.

 

Kərtənkələnin quyruğu qığırdaq, bağlar və əzələlərlə bir-birinə bağlanan bir neçə zonadan ibarətdir. Təhlükə yarandıqda, dərhal o hissədə əzələlər və bağlar kiçilir, parçalanır və quyruq ayrılır. Ayrılmış quyruq kiçilməyə və hərəkət etməyə davam edir, beləliklə diqqəti özünə yönəldir. Bu arada onun keçmiş sahibi təhlükədən uzaqlaşır.


Yeni quyruq yarandıqda, quyruğun qırıldığı hissədə onurğa bərpa olunmur, yerində yalnız qığırdaqlar meydana gəlir. Buna görə, hər dəfə quyruğun bədəndən ayrılması daha yüksək hissədən olur.


Kiçik kərtənkələlərdə yeni quyruğun yaranması təxminən bir ay çəkir. Daha böyüklərdə isə bu proses bir ilə qədər vaxt aparır.


Quyruqsuz bir kərtənkələ artıq əvvəlki kimi çevik olmur, sürəti azalır, hətta bəzən  çoxalma qabiliyyətini də itirir.


Su kərtənkələləri artıq üzmək qabiliyyətini itirir və həyat tərzini dəyişdirmək məcburiyyətində qalır.  Bir çox kərtənkələlərdə quyruq yağ və qida yığmağa xidmət edir, yəni onların bütün enerjisi quyruğunda cəmlənir. Bu səbəbdən kərtənkələlər quyruqları olmadığı dövrdə  ölə də bilərlər.


Buna görə də, xilas olmuş kərtənkələ qopmuş quyruğunu tapıb yeməyə çalışır ki, itirilmiş gücünü bərpa etsin.