Bu maraqlıdır!

Panama Kanalının taleyini nə həll etdi

XX əsrin əvvəllərində Atlantik və Sakit Okeanı arasında daha sürətli ünsiyyətə ehtiyac yarandı. Uzun müddət yeni kanalın harada tikilməsinə qərar verə bilmirdilər. Bir çoxları kanalın Nikaraquada, bəziləri isə Panamada inşa edilməsi fikrini müdafiə etmişdilər.


Panama layihəsi tərəfdarı Filip Byuno-Varia, 1902-ci ildə vəkil Vilyam Nelson Kromvelin qarşısına ABŞ-ı Nikaraqua üzərindən yox, Panama üzərindən kanal qurmağa razı salmaq tapşırığını qoydu. Vəkil bu vəzifəni uğurla yerinə yetirdi və ona bu işdə adi poçt markası kömək etdi. Kromvel poçt ilə çox işləməli olurdu və bir dəfə üzərində Nikaraqua təsviri olan məktub onun diqqətini çədi. Şəkildə yerli Vulkan Momotombo təsvir olunmuşdu. O dövrdə, demək olar ki, bütün Mərkəzi Amerika ölkələri Nyu-Yorkda öz markalarını çap etdirirdilər və Momotombo vulkanı təsvir olunan marka da 1900-cü ildə burada buraxılmışdır. Volkan kraterdən gələn tüstü ilə təsvir olunmuşdur. Kromvel bu möhürləri onları "Nikaraquada vulkanik fəaliyyətin rəsmi sübutu" başlığı ilə bir yerə toplayaraq bütün senatorlara göndərdi.


20-ci əsrin başlanğıcı Karib bölgəsində yüksək seysmik fəaliyyətlə qeyd olundu. 1902-ci ildə Kromwelin bu sübutu hazırlamasından sonra, Martinika adasında 30 min insan təlafatına səbəb olan güclü bir vulkan püskürməsi baş verdi. Bunun arxasınca Sent Vinsent adasında vulkan oyandı. Cəmiyyət bu fəlakətlər barədə xəbərlərdən qorxdu və Kromvelin Momotombo vulkanı barəsindəki çağırışları da yerinə düşdü. Amma əslində bunlar düzgün deyildi. Markaların rəsmlərini çəkən rəssam səhvə yol verir: O zaman Momotombo vulkanı yatmış idi, sonuncu püskürməsi həmin dövrdən bir neçə yüz il əvvəl olmuşdu. Coğrafi biliklərə çox da dərin yiyələnməyən senatorlar Kromvelin məktubundan qorxuya düşürlər. Onlar nəinki vulkanın yatmış olduğunu bilmir, hətta yeni tikiləcək kanalın bu ərazidən yüz kilometr uzaqda, Monaqua gölü sahilində yerləşəcəyindən də xəbərsiz idilər.


1902-ci il iyunun 19-da ABŞ Senatının üzvləri 42 səslə 34 səsə qarşı Panama Kanalı variantının lehinə səs verdilər.  


Beləliklə, adi poçt markası tarixin gedişinə təsir etdi.