Təbiət

İmperator tamarini

İmperator tamarini  (Saguinus imperator), tamarin meymunlarının bir növüdür. O, cənub-qərb Amazon hövzəsində, Perunun şərqində, Boliviyanın şimalında və Braziliyanın Akre kimi qərb əyalətlərində yaşayır. İmperator tamarininin xəzi əsasən boz rəngdədir və sinəsində sarımtıl ləkələri var. Əlləri və ayaqları qara, quyruğu isə qəhvəyidir. Çiyinlərdən hər iki tərəfə uzanan uzun, ağ saqqalı heyrətamizdir. Bığları alman imperatoru II Vilhelmin bığlarına  bənzədiyinə görə imperator tamarini adlanıb. Bədənin uzunluğu 23–26 sm, quyruğun isə 35–41.5 sm-dir. Təxminən 500 qr ağırlığındadır.


İmperator tamarininin iki növü var: qara çənəli imperator tamarini (Saguinus imperator imperator) və saqqallı impertor tamarini (Saguinus imperator subgrisescens)


Qara çənəli impertor tamarinin hər barmağında caynaqlar var. Həmçinin, uzun bığları və nəzərə çatmayan dərəcədə çənəsində ağ tüklər var. Əyani olaraq baxdıqda isə qara çənəyə sahibdir. Qarın və sinə tükləri qırmızı, narıncı və ağ rənglərin qarışığıdır. Kürəyi qəhvəyidir.


Saqqalı impertor tamarini səciyyəvi olaraq eyni quruluşa malikdir. Ancaq digər tamarindən əsas fərqi bel, qarın və çənə rəngləridir. Həmçinin, ağ bığı ilə yanaşı, ağ saqqalı da var.


Ümumiyyətlə götürdükdə rənglər nəzərə alınmasa hər iki tamarin növü eynidir. Ancaq digər primatlarla müqayisdə çox kiçikdirlər.