Bu maraqlıdır!

Peru

Peru - maraqlı tarixi, nadir memarlığı və qeyri-adi təbiət müxtəlifliyi ilə seçilən uzaq Cənubi Amerika ölkəsidir. Paytaxtı - Lima şəhəridir.


Şimalda Ekvador və Kolumbiya, şərqdə Braziliya, cənub-şərqdə Boliviya, cənubda Çili və qərbdə Sakit okeanla həmsərhəddir. Peruda Cənubi Amerika materikinin ən qərb nöqtəsi – Parinyas burnu yerləşir. Peru ərazisinə görə Cənubi Amerikanın ən böyük ölkələrindən biri sayılır, bu göstəriciyə görə Braziliya və Argentinadan sonra üçüncü sırada yer alır. Onun sahəsi - 1,285,216 km2-dir.


Peru dünyanın ən yeni 7 möcüzəsi sayılan - sirli şəhər Maçu Pikçu şəhərinin sahibi olmaqla yanaşı, Ink imperiyasının qədim və zəngin sivilizasiyasının qalıqlarına da sahibdir. Qədim sivilizasiyanın YUNESKO-ya daxil edilən çoxsaylı qalıqları məhz buradadır.


Ölkə yalnız zəngin arxeoloji irsi ilə deyil, həmçinin orijinal müstəmləkə arxitekturası və heyrətamiz təbiət ilə turistləri özünə cəlb edir.


Perunun əhəmiyyətli çayları - Amazon Çayı və onun qolları olan çaylar Rio Apurimac, Rio Urubamba, Rio Ucayali və Rio Maranon ilə Amazonun yan qolları olan Napo, Putumayo və Huallagadır. Perunun ən böyük və ən əhəmiyyətli gölləri isə And Dağları arasındakı Titikaka Gölü ilə Cunindir.

 


Əhali


Peruda təxminən 24 milyon insan yaşayır, bunlardan 7 milyonu paytaxt Lima şəhərində yaşayır. 


Peru, Boliviya və Qvatemalanın yanında əhali əksəriyyəti qırmızıdərili xalqın olduğu üç ölkədən biridir. Əhalinin yüzdə 45i qırmızıdərili mənşəlidir. Bunlar ağırlıqlı olaraq Keçua (40%) və Aymara (5%) danışan xalqlara aiddir. 37%  mələz olan xalqın, 15 %qədəri Avropa mənşəli, geri qalan  3% isə qismən Afrika qismən isə Asiya mənşəlidir.

 


Dövlət dili


Ölkədə dövlət dili ispan dilidir, lakin indiki əhalinin üstünlük təşkil etdiyi regionlarda rəsmi dillər Keçua və Aymaradır.

 


Din


Peru çox dini bir ölkədir, ölkədə əsas din - Katoliklikdir.

 


Flora və fauna


Perunun florası çox dəyişkəndir. Quraq və qumlu sahil düzənliklərdə yalnız az miqdar otlar və kollar böyüyər. Buna qarşı rütubətli meşələri bölgəsində böyük bir bitki bolluğu var. Bu bitki örtüyünün başlıca nümayəndələri kauçuk, təsbeh ağacları, vanil bitkiləridir. Yüksək dağlıq seqmentdə təbiətdən aslı olaraq səbəbiylə az bitki müxtəlifliyi mövcuddur. Burada başlıca olaraq, kaktuslar, mesquiteler kimi quraq bölgə bitkiləri (Xerophyt) vardır.

 


İqlimi


Perunun heyvan dünyası da eyni şəkildə florası kimi çox müxtəliflik təqdim edər. Sahil düzlüklərində və sahil önlərindəki adaların sahillərində qağayılar, əqrəblər, və pinqvinlər yaşayır. Şərqdə bərəkətli bölgələrdəki heyvanlar: armadillo, timsahlar, yaquarlar, pumalar və flaminqolardır. 


Perunun milli heyvanı And qaya xoruzu (Rupicola peruviana) Manu Milli Parkında qorunur.