Şeirlər

Məmməd Aslan. "Hamısı mənimdir"

- Bu dağ kimindir, baba? 
Havası nə sərindir. 
- Sənin, bala, sənindir. 
- Bu çay kimindir, baba? 
Nə gurdur, nə dərindir? 
- Qəşəng balam, sənindir. 
- Meşə kimindir, baba? 
- Sənindir ey, sənindir. 
- Bəs bu, bəs o, bəs onlar 
Ah nə gözəl yerlər var! 
- Ay mənim göyçək balam 
Yanağı çiçək balam, 
Nə görürsən sən indi, 
Bax hamısı sənindir.