Bu maraqlıdır!

Çinin məşhur çəltik sahəsi– Xunxe Xani

Çinin Yunnan vilayətinin Cənub-Şərqində heyrətamiz Xunxe Xani çəltik sahələri ilə məşhur olan Yuanyan rayonu yerləşir.


Təpələrdə salınan çəltik tarlaları insan sivilizasiyasının əllə hazırlanan möcüzəsi hesab olunur. Sanki minlərlə rəngarəng güzgü Aylao dağının cənub yamaclarından Qırmızı çayın (Hongha) sahillərinə qədər enir. 


Bu tarlaların təqribən 1300 yaşı olduğu deyilir. Yerli sakinlər bu gün də bu tarlalarda çəltik yetişdirir. 


Çəltik tarlaları Hongha çayının bütün cənub sahili boyu uzanır və burada 12.6 min hektar ərazini əhatə edir. Yunnan xüsusilə çəltik yetişdirmək üçün ideal və nəmli iqlimə malikdir.


22 İyun 2013-cü ildə Xunxe Xani çəltik sahələri YUNESKO ümumdünya mədəni irsi siyahısına daxil edilib.