Şeirlər

Seyid Əzim Şirvani. “Dəvə ilə eşşəyin yol getməsi”

Bir dәvә bir uzunqulaq ilә,
Yol gedirdilәr çox damağ ilә.
Çatdılar bir çayın qırağinә,
Dәydi bu eşşәyin damağinә.
Dəvənin çünki su belindən idi,
Çağırıb ol uzunqulağı dedi:
Qorxma, gәl sәn dә, ey rәvani-tәnim,
Su belimdәn deyil yuxarı mәnim.
Verdi eşşәk cavab ona:-Ey yar,


O belindәn sәnin olan әnhar,
Daxil olsam mәnim başımdan aşar...