Təbiət

Banyan ağacı

Banyan Ağacı, Mərkəzi Afrika və Hindistan kimi isti iqlimi olan ölkələrdə yetişir. Tək başına bir meşə sahəsini xatırladan bu ağac Hindistanın Qərbi Benqal əyalətinin paytaxtı Kəlküttə də sıx yayılıb. 


Qədim zamanlarda banyanı Dünya ağacı adlandırırdılar. Ağac daim yenilənən və dirilən dünyanı təcəssüm edir. O toxumdan yaranır, artır və öz dünyasını yaradır. Bu Xaosa zidd olaraq nizamın və harmoniyanın simvoludur. 

Ağac ən çox kökləri ilə diqqət çəkir. Kökləri yuxarıdan aşağıya doğru böyüyür. Köklər böyüdükcə ağac daha da qalınlaşır. Beləcə gövdə ilə ayrılmaz hala gəlir. Bu ağacın kökləri ilə əhatə etdiyi sahə 1,5 hektardır. Təxminən 3300 açıqda qalan kökü var. Dünyanın ən geniş ağacı hesab edilir. 


Çox qatlı gövdəyə sahib ağac su ehtiyacını havadakı nəmdən qarşılayır.


Gövdələri ilə genişlənən ağac ətrafındakı digər ağac və hətta binaları belə yox edə bilir.


Banyan ağacı haqqında hətta tarixdə belə bəhs edilir. Böyük İsgəndərin dövründə ağacın kölgəsi altında 7000 döyüşçü günəşdən qorunub.

 

Meyvələrini ən çox quşlar yeyir və toxumlarının yayılmasında da böyük rol oynayırlar. Toxumların yayılmasına ən çox çiğdəci quşu deyilən bir quş növü kömək olur.


Hündürlüyü 20-25 metrə uzanan banyan ağacı çox uzun ömürlüdür. Yüz illərlə yaşayır. Ana gövdə quruduğunda digər gövdələrin üzərində ayaqda qalma xüsusiyyəti var. Bu səbəbdən “ölümsüz ağac” da deyilir.