Şeirlər

İvan Krılov. "Bulud"

Tərcümə edəni Mirmehdi Seyidzadə

 

 

Günəşin şiddəti təzyiqindən,

Bir bulud parçası göylərdə gəzir.

Nə çayır feyz alır, ondan nə çəmən,

Nə geniş çöllərə bir damla sızır.

О səpib göy dənizə yağmurunu

Bir səxavət, bir hünər sandı bunu.

Dağ dedi: - Gəl çox öyünmə belə sən!

Nədi xeyrin, nə veribsən elə sən?

Yoxdu burda nə səxavət, nə hünər...

Yağışı düzlərə səpsəydin, əgər,

Qurtarardın bir eli aclıqdan.

Nə çıxar boş yerə qallaclıqdan.

Keçər, əlbət, işi çənsiz dənizin

Az deyildir suyu sənsiz dənizin.