Bu maraqlıdır!

Ən qısa coğrafi adlar

"D" adlı çay və ya "A" kəndi haqqında eşitmisiniz? Dünyada adları yalnız bir hərfdən ibarət çox sayda coğrafi yerlər var. Bu adların hər birinin yerli dillərdə xüsusi mənaları var.

 

 

1. «Å» kəndi, Norveç

 

Norveçdə yerləşən kiçik kəndin adıdır. Skandinaviya dilində «Å» "çay" deməkdir. Bu kənd, ənənəvi olaraq balıq ovu ilə məşğuldur, eyni zamanda bir turizm məkanıdır. Şəhərdə Lofoten Balıq İşləmə Muzeyi və Norveç Balıqçılıq Kəndi muzeyi də var.

 


2. "D" çayı, ABŞ

 

ABŞ-ın Oreqon ştatının Linkoln bölgəsində axan çaydır. Bir zamanlar adsız olan çay, Ginnesin Rekordlar Kitabına 440 fut (130 m) uzunluğu ilə “dünyanın ən qısa çayı” kimi daxil edilib. Lakin bu titul 1989-cu ildə  Montanadakı Rou çayının “dünyanın ən qısa çayı” kimi kitaba daxil edilməsi ilə itirilib.

 


3. " Ø " təpələri, Danimarka

 

Danimarkanın Yutlandiya bölgəsinin şərqində Norreya vadisindəki bir torpaq sahəsidir. Dan dilində  “ada” kimi tərcümə olunsa da, adaya xas olan xüsusiyyətləri yoxdur (dəniz ilə əhatə olunmayıb).

 


4. “E” çayı, İngiltərə

 

Şotlandiyanın dağlıq ərazisindəki çaydır. Bu çay şimal-qərbdən təxminən 10 km (6 mil) axır və sonra Mhòr gölünə tökülür. 

 


5. Å Kəndi, İsveç

 

Å ("Ay" kimi tələffüzü olunur), İsveçin Estergetland əyalətinin Norçepinq bələdiyyəsinə tabe kiçik bir kənddir. Əhalisi təxminən 200 nəfərdir. İsveçdə Å adlanan ən az 12 başqa yer var, əksəriyyətində yalnız fermalar və ya bir neçə ünvandır. “Å” axın və ya çay deməkdir. Hər il çox sayda turist kəndin adı yazılan fotoplakatın yanında şəkil çəkdirmək məqsədi ilə bura gəlir.

 


6. "Y" kəndi, Fransa


Y ("i" kimi tələffüz olunur). Fransanın şimalında bir kənddir. Bu kənd bütün Fransada ən qısa ada sahibdir.