Şeirlər

Xanımana Əlibəyli. "Bal arısı"

Altında əlvan çiçək,

Bu dayanan arıdır.

Yetirdiyi balıtək

Bədəni sapsarıdır.

Elə bil gündə yanıb,

Üzü olub qəhvəyi.

Necə tezdən oyanıb,

Sevir çox işləməyi.

Gəl işləyək bərabər,

Ay arı, həvəsim var

Bağda zəhmət çəkməyə,

Qızıl güllər əkməyə.

Birdən daşıdığın yük

Olsa daş kimi ağır, –

Gümüş qanadını bük,

Məni köməyə çağır.