Şeirlər

Rafiq Yusifoğlu. "Üçrəngli bayraq"

Bu üçrəngli bayrağım
Gözümün işığıdır.

Azadlıq yağışından

Doğan göy qurşağıdır.

 


Üstündəki ay, ulduz

Gəlir mənim xoşuma.

Ay üzüyə bənzəyir,

Ulduz onun qaşına.

 


Üçrəngli bayraq bizə

Təsəllidir, dayaqdır.

Yolumuzun üstünə

İşıq saçan mayakdır.