Şeirlər

Rəsul Rza. "Yağış"

Neçə gündür yağış yağır,
Necə yağır, necə yağır.
Səhər yağır.
Axşam yağır.
Gündüz yağır.
Gecə yağır.
O yanda səhralar yanır,
burda yağış heçə yağır.