Şeirlər

Reyhan Yusifqızı. İncinin cavabı

Məktəbə gedir artıq

Bizim balaca İnci.

Dərslərə səy göstərir,

Birincidir, birinci.

 

Bir gün masanın üstdə

Düzülmüşdür kitablar.

Mübahisə başladı,

Lovğalıq etdi onlar.

 

"Riyaziyyat" öyündü:

- Mən ən vacib kitabam!

Ən çox məni oxuyur,

İnciyə çox lazımam.

 

- Yox, mən daha vacibəm, -

Dilləndi "Ana dili",

- Hərifləri bilməsə,

Yaza bilməzdi İnci.

 

-Yaman lovğalanırsız,-

Dedi, "Həyat bilgisi",

- Mənəm, bunu bilin ki,

İncinin sevimlisi!

 

Əllərini yellədi,

Güldü ürəkdən İnci:

- Hər bir kitab vacibdir,

Fərqi varmı neçənci?

 

Hər biriniz əzizsiz,

Hər kitabın öz yeri.

Mən çox şeylər öyrəndim

Oxuduqca sizləri!