Bu maraqlıdır! | Nə üçün su odu söndürür?

Əgər şamı suya salsaq, o sönəcək. Bu hansı səbəbdən baş verir?

 

Çünki şamın yanması üçün hava lazımdır. Su ona görə odu söndürür ki, havanı yanan əşyaya tərəf buraxmır.

 

Alova çatan zaman su sürətlə qızır və buxarlanır. Bu zaman o, yanan əşyanın istisini udur.

 

Su buxarı da yanan cismi əhatəyə alaraq oksigeni ona tərəf buraxmır. Buna görə, nə qədər təzadlı görünsə də, qaynar su alovu soyuq suya nisbətən daha yaxşı söndürür. Çünki o, daha tez buxara çevrilir.

 

Yeri gəlmişkən, suyun buxarlanması üçün onun 0 dərəcədən 100 dərəcəyə qədər qızdırılmasına lazım gələndən 5 dəfə daha az enerji sərf olunur.

 

Bəs alovu başqa yolla: onun üstünə örtük atmaqla və ya qumla basdırmaqla söndürmək mümkündürmü? Bu üsullar da su ilə söndürülmə prinsipi kimi işləyir:

örtük və ya qum havanı alova yaxınlaşmağa qoymur və o sönür.