Şeirlər

Məmməd Aslan. Hər şey, hər şey mənimdir

- Bu dağ kimindir, baba,
Havası nə sərindi?!
- Sənin, bala, sənindi!
- Bu çay kimindir baba,
Həm gurdu, həm dərindi!
- Sənin, bala, sənindi!
- Meşə kimindir, baba,
Gör nə qəşəng göründü!
- Sənin, bala, sənindi!
- Bəs bu, bəs o, bəs onlar?..
 Gör nə gözəl yerlər var!
- Ay mənim Ağgül balam,
Yanaqları gül balam,
Nə görürsən sən indi,
Qəşəng balam, sənindi!