Bu maraqlıdır!

İt niyə hürür

İstisnasız olaraq, bütün itlər hürür: bəzisi çox, bəziləri isə az. Lakin fikirləşmək lazım deyil ki, qonşuları narahat edən hürmə mənasız melodiyalardır. İtin hər treli öz sahibinə və ya ətrafdakılara çatdırmaq istədiyi müəyyən mənanı verir.


Əgər sənin dördayaqlı dostun varsa, deməli sən fikir vermisən ki, o, ayrı-ayrı hallarda başqa cür hürür: birinci halda biz aqressivlik, ikinci halda tənhalıq, üçüncü halda isə şən əhvali-ruhiyyə hiss edirik. Görəsən, it hürməklə nə demək istəyir?

 


Təhlükə
Biz təhlükə barədə şübhələnmədikdə belə itlər artıq onu hiss edirlər. İtləri nə isə narahat edərsə, qulaqlarını şəkləyib qeyri-iradi hərəkətə keçirlər. Belə ki, onlar təkcə özləri üçün deyil, sahibləri üçün də narahat olurlar. 

 

 

 

Hücum

İt kiminsə üzərinə hücum edən zaman əvvəlcə qarşısındakına xəbərdarlıq edir. Yəni yüksək aqressiya ilə hürən itə yaxınlaşmaq məsləhət deyil. Həmçinin bu aqressivlik digər itə qarşıdırsa, o zaman öz itinizi oradan uzaqlaşdırmalısınız. 


Diqqət
Bəli, itlər bu cürdür. Onlar diqqət mərkəzində olmağı xoşlayırlar. Əgər sahiblərinin başları nəyəsə qarışırsa, itlər özlərinin mövcudluğunu yada salırlar. Bir qayda olaraq, bu incik hürməni heç nə ilə qarışdırmaq mümkün deyil.

 


Qorxu

Maraqlıdır ki, it nədənsə qorxduğu zaman da hürməyə başlayır. Bu halda sizin əsas vəzifəniz onu sakitləşdirməklə təhlükəsizliyini təmin etməkdir. 
Artıq məlum oldu ki, itin hürməsi mənasız yerə deyil, əksinə ünsiyyət vasitəsidir. Bundan sonra çalış ki, öz tüklü dostun hürməklə sənə nəyisə başa salmaq istədikdə, onun xətrinə dəyməyəsən.