Bu maraqlıdır!

Dünyamızı dəyişdirən ixtiralar

Keçmiş dövrün bəsit əmək alətlərindən tutmuş bugünkü internet və ya kosmik vasitələrə qədər hər şey insanın necə yaradıcı bir varlıq olduğunu sübut edi. Yaşadığımız dünyada bir çox ixtiralar var.


Lampa yunan dilində (lampás, lampádos) məşəl, işıq anlayışlarını bildirir. Közərən lampalar ilk dəfə XIX əsrin əvvəlində ixtira olunub. Şəkildəki lampa 1829-cu ildə Tomas Edison tərəfindən güc qaynağı və kabel sistemi şəklində işıqlandırma vasitəsi kimi ixtira edilib. Onun bu ixtirası dünyaya yayılıb. 

 

Telefon (qədim yunan dilində tele - uzaq, fon - səs deməkdir) səsi ötürmək və almaq üçün istifadə olunan telekommunikasiya cihazıdır. Bu cihazı ilk dəfə 1876-ci ildə Aleksandr Qraham Bel ixtira edib. Müasir dövrdə telefonun rolu əvəzsizdir.


Mobil telefon. Dünyada ilk mobil telefon 1983-cü il martın 6-da istehsal olunub. Onu mühəndis Martin Kuper ixtira edib. Mobil telefonun rekord göstəricisi 300 kiloqram ağırlığında telefon olub. Bu telefonu 2008-ci ilin oktyabrında Vyetnamda Nguyen Xuan təqdim edib. Həmin telefon 3,2 metr uzunluğunda olub.

 

Kompas (italyan dilində “com–passo”, yəni “qövs yolu” deməkdir) fəzada istiqaməti təyin etmək üçün ölçü cihazıdır. Kompas ilk dəfə eramızdan əvvəl təqribən III-II əsrlərdə Çində icad olunub. İlk kompas qayıqvarı maqnitdən yaradılıb. “Qayığın” bir ucu kürəyə, bir ucu isə oxa oxşayırdı. Çinlilər XI əsrdə dəmirdən kompas düzəldiblər. 


İnternet - latınca internus-daxili; inter – arasında və ingiliscə net – şəbəkə mənalarını bildirir. İnternetin ixtiraçısı Tim Berners-Li hesab olunur. 1960–ci ildə isə internet bir sıra kompüter ixtiraçısı tərəfindən ABŞ-ın müdafiə sənayesi üçün təkmilləşdirilib.


Mətbəə - müxtəlif sahələr üzrə çap materialı istehsal edən xüsusi müəssisədir. Azərbaycanda ilk çap müəssisəsi XIX əsrin əvvəllərində Təbriz şəhərində qurulub. 

Mətbəəni ilk dəfə 1440–cı ildə almaniyalı İohann Qutenberq ixtira edib. O, metal hərfləri tərsinə olaraq, metaldan qabarıq şəkildə hazırlayıb. Bu hərflərdən yığılmış mətnləri kağızın üstündə çap edib. İohann Qutenberq 1445-ildə çap üsulu ilə ilk kitabıni buraxıb. Bu ixtiradan sonra Avropada kitab istehsalı güclənib və dünyaya yayılıb. 


Teleqraf (qədim yunanca tele – “uzaq” və qraf – “yazıram” mənalarını ifadə edir) siqnalların naqil və ya digər elektrorabitə hesabına ötürülməsidir. İngilis fizikləri Uilyam Kuk və Çarls Uitston 1837–ci ildə naqil vasitəsilə elektrik cərəyanını ötürməklə mesaj göndərməyə nail olublar və nəticədə ilk elektrik teleqraf maşını yaradılıb.