Bu maraqlıdır!

Fotoaparatın yaranma tarixi

Bu gün artıq şagirdlər əlimdə ağ-qara şəkil tutmuşdum deyərək təəccüblənmir. Şəkil kağızında təsvirin yaranma prosesini müşahidə edənlərin sayı isə çox azdır. Amma smartfon və ya planşetlərdəki şəkillərə indi hamı vərdiş edib, halbuki təsvirin yaranma prinsipləri dəyişmədən qalıb.


İlk fotoşəkil insanlarda əsl heyrət doğurmuşdu və heç kim gözləməzdi ki, fotoaparatı gələcəkdə bu qədər rəngarəng həyat gözləyir.

16-cı əsrin əvvəllərində alman astronomu İohan Kelper işığın sınma və əks olunma qanununu yaratdı. Onun nəzəriyyəsi əsasında Qalileo Qaliley teleskopun yaradılmasında linzadan istifadə etdi. İnsanlar linza sistemi və güzgülər vasitəsilə müşahidə aparmağı öyrənsələr də təsvirin anını saxlamaq alınmırdı.


Yalnız 200 il sonra Jozef Nisfor Neps müasir botiumu xatırladan "asfalt lakı" vasitəsilə şüşə üzərində anı saxlamağa nail oldu. O, linza sistemindən və hərəkət edən boru-obyektivdən təsvirin asfalt lakı qatında məqamını saxlayan obskur-kamera yaratdı. Artıq müasir fotoaparatın yaradılmasında ilk addım atılmış oldu. Nepsin çəkdiyi şəkillərdən  biri bu vaxta qədər saxlanılmaqdadır.


"Pəncərədən görünüş" Neps tərəfindən 1826-1827-ci illərdə yaradılan ilk fotoşəkil hesab edilir. Onun ölçüsü 20x25 sm olub.


1835-ci ildə ingilis fiziki və kimyaçısı, fotoşəklin ixtiraçılarından biri Vilyam  Talbot ilk neqativi əldə etdi. Bununla təsvir nəinki daha keyfiyyətli oldu, həm də şəkillərin surətini çıxarmaq imkanı yarandı. 


Kodak

1889-cu ildə fotoaparatın və fotoşəklin yaradılması tarixinə ilk olaraq rulon şəkilli fotolent, bir qədər sonra da rulon fotolentlə iş üçün hazırlanan "Kodak" fotokamerasına görə "patent" əldə edən Corc İstman adı əlavə olundu. Bu gün “Kodak” şirkəti bütün dünyada tanınır. Halbuki Corc İstman şirkətin adına qərar verərkən sadəcə "K" hərfi ilə başlayan və bitən söz fikirləşmişdi.


Fotoqrafiya sevgisi 

“Leica” markası ilə 1923-cü ildə fotoaparatın kütləvi istehsalı nəticəsində fotoqraflıqla məşğuliyyətdə sıçrayış yaranır. Fotokameralar yenilənir, yeni lentlər və çap üçün reaktivlər hazırlanır. Fotoqraflığın inkişafında növbəti addım “Poloroid” şirkətinin kameraları olur. Onunla şəkillər çəkildiyi anda çap olunurdu. “Poloroid” foto-təchizatlarının məşhurluğu rentgen lenti və gecə görünüşü dəstləri yaradan şirkətlərə təkan verdi...


"LEİCA" fotokamerası

“Leica” şirkətinin fotoaparatı ilk kütləvi  azformatlı fotoaparat hesab olunur. Onun 1913-cü ildə standart 35 mm kinolent istifadə edilmiş, amma ikiqat böyük ölçülü kadra-24x36mm malik prototipi Oskar Barnak tərəfindən yaradılmışdı. “Leica” fotoaparatının 1923-cü il buraxılışı hərracda təxminən 200 milyon ABŞ dollarına satılmışdı.


Müasir fotoaparatlar

Müasir dünyada lentli fotoapatatları rəqəmsallar əvəz edir. Rəqəmsal fotoaparat - təsvirin yaradılmasında fotokimyəvi yerinə fotoelektron prinsipin istifadə olunduğu lentsiz fotoaparatdır. Rəqəmsal fotoaparatla əldə olunan şəkillər düzəliş üçün, şəbəkəyə ötürülmə və saxlanma, eləcə də monitorun ekranı və ya kağızda printerlə çapı üçün kompüterlərə köçürülə bilir.


Lentli fotoaparatdan fərqli olaraq, rəqəmsal fotokamera fotomaterialın laboratoriyada düzəlişini tələb etmir və maye-kristal displey sayəsində çəkilişin nəticəsini həmin anda qiymətləndirməyə şərait yaradır. Hazırda istehsal olunan fotoaparatlar içərisində rəqəmsal kameralar çoxluq təşkil edir.