Bu maraqlıdır!

İlk Disneyland harada açılıb?

İlk Disneyland tematik parkı 1955-ci il iyulun 17-də Los-Ancelesin cənubunda yerləşən Anahaym şəhərində açılıb.


Həmin gün amerikan "multiplikasiya kralı" və uğurlu biznesmen Uolt Disney (Walt Disney) uşaqlar və valideynləri üçün möhtəşəm əyləncə parkının təntənəli açılış mərasimini keçiriblər. Uşaqlar üçün əyləncə parkının yaradılması ideyası Disney tərəfindən qızları ilə parkda gəzərkən yaranıb. Uşaqlar karuseldə fırlanarkən ataları gözləyirdi ki, qızları nə vaxt oynamaqdan yorulacaq. Bu gəzintilər zamanı Uolt Disney həm uşaqların, həm də valideynlərin yaxşı vaxt keçirə biləcəyi park haqqında fikirləşdi.


Əyləncə parkı bütün ailə üçün istirahət yeri olmalıdır və Disney belə bir park yaratmaq qərarına gəldi. Lakin tarixçilərin dediyinə görə, İkinci Dünya müharibəsi Disneyin ideyalarının gerçəkləşməsinə mane oldu. Yalnız 1954-c ildə Anahaymda 32 hektarlıq portağallıqda Disneylandin tikintisinə başlanıldı. Bu parkın hazırlanması və tikintisinə Disneyin özü birbaşa başçılıq edirdi. O elə bir yer yaratmaq istəyirdi ki, bütün yaşda olan insanlar özünü orada uşaq kimi hiss edə bilsinlər.


"The Walt Disney Company" şirkəti tərəfindən ilk Disneylandin tikintisinə 17 mln dollar xərclənib. Lakin tezliklə bütün yatırımlar 10 dəfə daha çox gəlir gətirdi.


O zaman attraksionların sayı 16, giriş bileti isə 1 dollar idi. Hazırda olduğu kimi ziyarətçiləri girişdə Mikki-Maus, Ağbəniz və Yatmış Gözəl qarşılayırdı. Daha sonralar onların sırasına Pinokkio və Vinni-Pux da qatıldı.


Disneyland tez bir zamanda ABŞ-ın görməli yerlərindən birinə və ailəvi istirahət üçün sevimli məkana çevrildi. Qonaqları Uolt Disneyin səsi salamlayır: "Bizim bu xoşbəxt məkana Xoş Gəlmisiniz!

Disneylandin müasir kompleksi əhəmiyyətli dərəcədə genişlənib və 200 hektarlıq sahəni əhatə edir. Park gündəlik paradlar və atəşfəşanlıq təşkil edir. Disneylandin küçələrində orkestrin müşayiəti ilə Mikki-Maus və Donald Dak digər cizgi filmi qəhrəmanları ilə birlikdə gəzirlər. Parkda hər yerdə monorels, paravoz, fayton və ya funikulyor tapmaq olar. Funikulyordan parkın ərazisinə gözəl mənzərə açılır. Disneylandin yaranmasından indiyədək onu 500 milyondan çox qonaq, o cümlədən kral ailəsi, prezidentlər və dövlətin digər rəsmiləri ziyarət edib.