Bu maraqlıdır!

Dünyadakı maraqlı pilləkanlar

İspaniyanın Qasteluqaçe adasında yerləşən 237 pilləli daş pilləkan İspaniyada  Bilbao və kiçik Bermeo kəndləri yaxınlığında yerləşən Qasteluqaçe adlı bir ada var.


Bu kiçik adanın tam adı "San Juan de Gastelugache" və ya "San Juan de Gaztelugatxe"dir. Adanı məşhur edən isə qayalığın zirvəsində X əsrdə tikilmiş unikal qədim ibadətgahlardır. Adanın ətəyindən ibadətgaha 237 pilləkanlı daş sütunlu uzun bir körpü aparır. Düşüb qalxmaq asandır. Əfsanəyə görə pillələri səbrlə çıxıb zirvədəki 10-cu əsrdən qalan zəngi 3 dəfə çalan adamın arzuları yerinə yetirmiş.


Məşhur "Game Of Thrones" serialının bir neçə səhnəsi burada çəkilmişdir.

Ekvadorun gözəl Paylon del Diablo şəlaləsinə bitişik olan pilləkan


“Paylon Del Diablo” şəlaləsi Ekvadorun Banos şəhərindən 30 dəqiqəlik məsafədə yerləşir. Hündürlüyü 61 metrdir. Şəlaləyə bitişik pilləkan tropik mənzərəni seyr edib zövq almaq üçün xüsusi olaraq bu şəkildə inşa edilib. "Şeytanın qülləsi" kimi tərcümə olunan şəlaləyə çox sayda turist axını olur. Pilləkan, sözün əsl mənasında şəlalə axınını bürüyür və hər tərəfdən şəlaləni daha yaxın izləməyə imkan verir.

Maçu Pikçuda təhlükəli pilləkən


Maçu Pikçuda (Peru), təxminən 500 il əvvəl inklər tərəfindən döşənən 600 pilləli daş pilləkan. Pilləkan birbaşa Vayn-Pikçu dağının zirvəsində yerləşən “Ay məbədi”nə aparır. Çəpər olmadığından və addımlar olduqca yüksək olduğundan bu pilləkan təhlükəli pilləkanlardan biri sayılır. Bu da turistlərin zirvəyə qalxması üçün xeyli zamanını alır.

 

Drezdenin məşhur pilləkanı


XIII əsrdə su və küləyin təsiri nəticəsində Elbe Sandstone qayasında 487 pilləli pilləkan yaranmışdı. XVIII-ci əsrdə insanlar pilləkanı böyüdüb genişləndirdilər. İndi Drezdenə gələn çox sayda turist pilləkanla qayanın zirvəsinə dırmanır.


Quatepe qayası üzərindəki pilləkan


Kolumbiya ərazisində yerləşən dünyanın ən böyük qayasından biri olan Quatepenin üzərindəki nəhəng pilləkan. Qayanın zirvəsinə qəribə sarğı şəklində 649 pilləli pilləkan gətirib çıxarır. Qədim dövrlərdəki qeyri-adi qaya yerli hindu tayfası “Taxamis” xalqına ibadət yeri idi.

Kambocada yerləşən Anqkor-Vat məbədinin pilləkanı


Anqkor Vat və ya  Anqkorvoat Kambocada yerləşən və tanrı Vişnaya həsr edilmiş nəhəng hinduizm məbədi kompleksidir. XII əsrin I yarısında kral II Suryavarmanın hakimiyyəti dövründə tikilmişdir. Bu abidə kompleksi UNESCO-nun ümumdünya irsi siyahısına salınıb.  Antik məbədin əsas xüsusiyyətlərindən biri girişinə gətirib çıxaran pilləkandır. Pilləkan təhlükəli şəklə malikdir, belə ki onun daş addımları çox dardır. Nərdivanın meyilliliyi çox dik - 70 dərəcədir. Bu da çox adamı qorxuya salır. Nərdivanın kənarlarında yapışıb qalxmaq üçün iplər var. Zəvvarlar həmişə məqsədə çatmaq üçün yolun nə qədər çətin olmasını xatırlasınlar deyə,  Anqkor Vat nərdivanı mürəkkəb qurulub.