Bu maraqlıdır!

Dünyanın ən böyük kitabı: «Klencke Аtlas»

29 aprel 2010-cu ildə Britaniyanın milli kitabxanasında keçirilən  "Magnificent Maps: Power, Propaganda and Art" sərgisində dünyanın ən böyük «Klencke Аtlas» kitabı nümayiş etdirildi. Kitabın hündürlüyü 1,80 m, eni isə 1,9 metrdir. Ölçülərinə görə kitab Ginnesin Rekordlarına düşdü. Dünyada bu ölçüyə malik ikinci kitab yoxdur.


Kitab təkcə böyüklüyünə görə deyil, həm də özünün tarixi ilə də maraq doğurur. 


Kitabda 1660-cı ildə xüsusi olaraq İngiltərə kralı II Karl üçün nəşr edilmiş 37 çap kartı cəmlənib. Bu 37 təsvirdə həmin dövrdə insanların Yer haqqında bütün düşüncələri öz əksini tapıb. Atlasda həmin dövrlə bağlı çox maraqlı və zəngin materiallar toplanıb.


1828-ci ildə Kral Corc III, Klencke Atlasını, Böyük Britaniya Kitabxanasına təqdim edib, 1950-ci ildə atlas tamamilə bərpa edilib, 1998-ci ildən isə oxu zalının girişində sərgilənib. 


350 il aradan sonra 2010-cu ildə kitab ilk dəfə açıq səhifələrlə ictimaiyyətə nümayiş edildi.

 

Məşhur sənətkarlar Blau, Hondius və başqalarının oymaları atlasın üzərində əks olunub. Bu nəşrdən 30 nüsxə çıxarılıb və hər biri 100.000 ABŞ dollarına satılıb.