13 noyabr Ümumdünya Xeyirxahlıq Günüdür
Hər il noyabrın 13-də Ümumdünya Xeyirxahlıq Günü qeyd olunur. Ümumdünya Xeyirxahlıq Hərəkatının birinci konfransı 1988-ci ilin məhz bu günü Tokioda açılmışdır. Konfransda Avstraliya, Kanada, Yaponiya, Tailand, Sinqapur, Böyük Britaniya və ABŞ-ın nümayəndələri iştirak etmişdilər. Sonralar başqa ölkələr də bu hərəkata qoşuldular.