Bu maraqlıdır!

Danakil çökəkliyi – planetin qeyri-adi yeri

Danakil çölü - Şimali-Şərqi Afrika, Efiopiyada yerləşir. Yüz il bundan əvvəl Avropalılar tərəfindən aşkar edilib. Bura “Yer üzündəki cəhənnəm” də deyirlər. Dəniz səviyyəsindən aşağıda yerləşən bu yerdə torpaq səthinin hərarəti müsbət 70 dərəcəyə çatır. Bu əraziyə heç vaxt yağış yağmır. Qaynar lavası olan bir çox aktiv vulkan və göl var. Quru və isti havası zəhərli qazlarla doludur. Torpağın sarı yaşımtıl rəngi isə zəhər effekti verməklə itələyici bir görüntüyə malikdir. Əraziyə giriş rəsmən qadağan edilməsə də heç kəs könüllü olaraq yolunu bu çökəklikdən salmır.


Buradan 3,2 milyon il bundan əvvəl yaşamış ilk meymun Afar Avstralopitek Lyusinin (Australopithecus afarensis “Lucy”) skeleti tapılıb.


Əfsanələrə görə, bir zamanlar bura yaşıllıqla örtülü, çox gözəl bir yer olub. Dörd cinin savaşı nəticəsində yaşamaq üçün yararsız yerə çevrilib.


Burada Planetin Ölü dənizdən sonra ən çökək nöqtəsi, dəniz səviyyəsindən 155 metr aşağıda olan Assal gölü yerləşir.


Afrikanın bu bölgəsi 10 kilometrdən 40 kilometrdən artıq məsafədə uzanır, dağlarla və yüksək yaylalarla əhatə olunur.


Danakil çökəkliyi Afrika və Asiyada yerləşən, milyon il əvvəl bir-birindən ayrılan üç tektonik plitənin qovşağında formalaşıb. Bir zamanlar bölgə okean suları ilə örtülü idi. Bu səbəbdən də ərazi illərdən qalan sərt qayalar və əhəngdaşı ilə örtülüdür. Sonra plitələr bir-birindən uzaqlaşdıqda ərazidə yarıq vadilər meydana gəldi. Hazırda, qədim Afrika plitəsi tədricən Nubiya və Somali plitələrinə qədər parçalanır.


Bu bölgədə hidrotermal hovuzlar və isti bulaqlar mikroorqanizmlərlə doludur. Belə orqanizmlər "ekstremofillər" adlanırlar, çünki onlar həddindən artıq kəskin şəraitdə yaşaya bilirlər. Bu ekstremofillər yüksək temperaturlara, atmosferdəki zəhərli vulkanik qazlara, torpaqda metalların yüksək konsentrasiyasına, həmçinin çox miqdarda duz və turşuya qarşı dözümlüdür.