Bu maraqlıdır!

Efiopiya

Efiopiya dünyanın ən qədim müstəqil dövlətlərindən biridir. Şimali Afrika, Yaxın Şərq və Tropik iqlimli Afrika sivilizasiyalarının kəsişməsidir. 

 

Efiopiya - Afrika ölkələri arasında xüsusi yer tutur. Afrikanın ən qədim dövlətlərindən biridir və XX əsrin əvvəllərinə kimi Liberiya ilə yanaşı Afrikadakı iki müstəqil dövlətdən biri olub. Paytaxtı Əddis-Əbəbə şəhəridir. Qədimdə İslam mənbələrində Həbəşistan, qərbdə isə Abissiniya adları ilə tanınıb.


Daha çox Həbəşistan (Kölələr ölkəsi) adı ilə tanınan Efiopiya, tarix ərzində bilinən ən qədim mədəniyyətlərdəndir.


Quruluşu e.ə. XIII əsrə qədər uzanan Efiopiya dövləti, 1936-1941-ci illər arasında Mussolini İtaliyasının işğal hərəkatını saymasaq, tarix boyunca müstəqilliyini qoruya bilmiş və Afrika qitəsinin bəzi Avropa dövlətləri tərəfindən müstəmləkə halına gətirilə bilməmiş yeganə ölkəsidir. 1960-1990-cı illər arasında ölkədəki Eritrea problemindən ötrü münaqişəli və gərginliklərlə dolu bir dövr keçib.


İqlimi
Efiopiya ərazisində tropik musson iqlimi üstünlük təşkil edir. Efiopiya dağlıq bir ölkə olduğundan bütövlükdə iqlimi ekvatora bərabər olan digər bölgələrə nisbətən daha sərtdir. Əhəmiyyətli şəhərlərin əksəriyyəti dəniz səviyyəsindən təxminən 2-2,5 min metr yüksəklikdə yerləşir.
Ölkənin paytaxtı Əddis-Əbəbə Entoto Dağının ətəyində təxminən dəniz səviyyəsindən 2400 m yüksəklikdə yerləşir.


Relyefi
Ən yüksək nöqtəsi- Simen dağının Ras Dejen zirvəsidir (dəniz səviyyəsindən 4 620 m).


Geoloji cəhətdən aktiv Şərqi Afrika rift zonası zəlzələlərə və vulkan püskürmələrinə meyllidir. Efiopiyada çox vaxt quraqlıqlar baş verir.


Nilin əsas qolu Mavi Nil Qərbi Efiopiyanın Tana gölündən başlayır. Efiopiya üç əsas kənd təsərrüfatı bitkilərinin vətəni hesab olunur: qəhvə, sorqo və kastor bitkisi (kastor toxumu).


Əhalisi
Efiopiyanın əhalisi çox millətlidir (80-dən çox millət). Ən böyük etnik qruplar - Oromo (əhalinin 34%) və Amhara (27%) təşkil edir. Əsas din xristianlıq sayılır (əhalinin 63% -i). Müsəlmanlar əhalinin 34% təşkil edir.