Nağıllar, hekayələr

Zürafə haqqında nağıl

Qədim dövrlərdə bir zürafə var idi. Kiçik yaşlarında onun da, digər meşə heyvanlarında olduğu kimi, orta uzunluqda boynu var idi. Ən əsası da o idi ki, zürafə savannanın digər sakinləri arasında fərqlənmirdi, onlarla birgə yaşayıb, çalışırdı. Ancaq bir xüsusiyyəti var idi – hər şeylə maraqlanırdı. Bir yerdə maraqlı bir hadisə baş verərdisə, zürafə tez ora özünü çatdırırdı və nə baş verdiyini öyrənmək üçün bütün gücü ilə boynunu uzadardı.

 

Hər şey ona maraqlı idi. Dünən anadan olan fil balası hansı ağırlıqda idi? Dünən yuvadan kim düşdü? Bir zebranın neçə zolağı var? və s. suallarla digər heyvanların baş-beynini aparardı.

 

Teatrda zürafə həmişə son sırada oturardı və tamaşada heç nəyi qaçırmamaq üçün diqqətlə boynunu uzadardı.

 

Bir gün teatrdan qayıdan zaman zürafə başını qaldırıb ulduzlara baxdı. Ulduzlar sanki ona sevinclə göz qırpırdılar. Bir çox ulduz var idi - solda, sağda və zürafə boynunu ora-bura çəvirərək hamısına baxmağa çalışırdı. Böyük bir ulduz daha parlaq bir şəkildə ona baxanda isə onunla salamlaşmaq istəyən zürafə boynunu elə uzatdı ki, bir daha boynu geri çəkilmədi.

 

Savanna sakinləri zürafənin boynunun çox uzandığını görəndə onun bikef olacağını düşündülər, amma yanılırdılar, çünki zürafə boynundan çox razı idi. 

 

İndi gündüz hər şeyi yaxşı görə bilirdi, gecələr isə uzun boynu barəsində heç düşünmürdü.

 

 

Bir də zürafə haqqında sənə maraqlı faktlar demək istəyirəm. Zürafələrin ayaq üstə yatdıqları barədə fikirlərin əksinə olaraq zooloqlar zürafələrin yerə uzanaraq yatdıqlarını iddia edirlər. Əvvəllər uzun boynuna görə zürafənin yerdən qalxa bilməyəcəyinə inanılırdı. İndi bunun belə olmadığı təsbit edildi. Zürafə insandan daha az yatır.