Bu maraqlıdır!

İcen vulkanının mavi lavası

Şərqi Yavada (İndoneziya) yerləşən İcen vulkanı (Kawah Ijen) turistlərin ən çox baş çəkdiyi məkanlardan biridir. Çünki burada lava MAVİ rəngdədir. Lavanın mavi olmasına səbəb, kükürd qazının həddindən artıq çox olmasıdır.

Hava ilə təmasda olduqda kükürd qazı 600 dərəcə qızır və bunun nəticəsində hündürlüyü beş metrə qədər qalxan mavi alov meydana gətirir.


Parıltı zəif olsa da, gecə bu təbiət hadisəsini seyr etmək daha yaxşıdır. Kükürd qazının bir hissəsi torpağa çökdüyündə stalaktitlər (əhəngli mineral törəmələr) əmələ gətirir. Yerli sakinlər tərəfindən bu stalaktitlər çıxarılır və suvenir kimi turistlərə təqdim olunur.


Icen vulkanı aktiv vulkandır. Digər adı Kavah Icendir. Şərqi Yavada sıx məskunlaşmış bir ərazidə yerləşir və 2 rayonun sərhədidir: Bondovoso və Banyuvanginin.


İcen dağının kraterində yerləşən heyrətamiz göl adi sudan deyil, əsl sulfat turşusundan təşkil olunub. Göl həmişə qaynar və səs-küylüdür. Səthinin istiliyi təqribən 60 dərəcə, iki yüz metr dərinlikdə isə üç qat istidir. Mavi rəngli mayedən təşkil olunmuş göl dəniz səviyyəsindən 2386 m yüksəklikdə yerləşir.


Bu gölü cəhənnəm gölü adlandırırlar. Göl hər gün onun sahilində ən primitiv alətlərlə kükürd çıxaran onlarla işçinin həyatını aparır. Kükürd buxarı dəhşətli öskürək yaradır.

 

Kükürd qazı təhlükəli olduğuna görə buranı ziyarət etmək istəyən şəxslərə özləri ilə birlikdə qaz maskası götürmək tövsiyyə olunur.