Bu maraqlıdır!

Afrika Hidnorası

Afrika Hidnorası (Hydnora Africana) - qəribə görünüşlü bitkilərdən biridir. Çox rast gəlinən bitki deyil. Əsasən Afrikaya səfər zamanı ona rast gəlmək mümkündür.

 

Afrika Hidnorası həşəratyeyən və parazit bitkidir: kökləri ilə digər bitkilərə yapışır və onlardan qidalanır (yağış mövsümünə qədər onların hesabına yaşayır), çiçəkləri isə üstünə yapışan həşaratları yeyir.

 

Hidnora çöl iqliminə uyğunlaşıb və yerin altında göbələk kimi bitir. Əslində, çiçək göbələyin şərəfinə adlandırılıb. (Yunan dilindən gidnor- göbələk deməkdir).

 

Afrikanın quraq bölgələrində bitən hidnora parazit bitki kimi qonşuluğundakı bitkilərin kökləri ilə qidalanır. Əsasən torpağın altında olsa da, yalnız müəyyən miqdarda yağıntıdan sonra yerin səthinə çıxır. Bunun üçün bir ildən çox səhrada gözləmək lazımdır. Bu zaman Afrika Hidnorasının maksimum hündürlüyü 15-20 sm-ə çatır. Hidnora ətrafa saçdığı iyə görə ona yaxınlaşan həşaratları yeməklə də qidalanır.

 

Afrikanın cənubunda və Madaqaskarda rast gəlinən bitki həqiqətən göbələyə bənzəyir, amma çiçəklənən bitki daha çox ilanın açıq ağzına bənzəyir.

 

Yeri gəlmişkən, meymunlar, tülkülər, çaqqallar parazit bitkinin meyvələrindən zövq alırlar. Somali və Madaqaskar sakinləri sulu ləçəklərdən və hidnoranın toxumlarından yeməkdə istifadə edirlər. Bitki ürək xəstəliklərinin müalicəsində istifadə olunan iksir hazırlamaq üçün də istifadə olunur.