Nağıllar, hekayələr

İndoneziya nağılı. Niyə ayının quyruğu qısadır?

Bir dəfə Kançil (cırtdan maral) yuvasında oturub qoz-fındıq yeyirdi. Birdən bir pələngin ona yaxınlaşdığını gördü.

 

Mən batdım! - deyə balaca Kançil öz-özünə düşündü. Hiyləgər heyvan özünü itirmədi və qorxu içində dərhal nə edəcəyini düşündü. Qozu elə bərk dişlədi ki, qoz qabığının səsi ətrafa yayıldı:

 

- Bu pələnglərin necə də ləzzətli gözləri var!

 

Pələng bu sözləri eşitdi, qorxdu və oradan uzaqlaşdı. Bir az getmişdi ki, pələngin qarşısına bir ayı çıxdı. Pələng ayıdan soruşdu:

 

- Dostum, bilmirsən,  ordakı yuva hansı heyvanındır?

 

- Bilmirəm,- deyə ayı cavab verdi.

 

- Gedək baxaq,  pələng dedi.

 

Ayı cavab verdi:

 

- Mən qorxuram.

 

- Heç bir şey olmaz, - pələng ayını yola gətirməyə çalışdı, - gəl quyruqlarımızı bir-birinə bağlayaq və birlikdə gedək. Bir şey olarsa, bir-birimizi çətinlikdə qoymarıq. 

 

Beləliklə, ayı və şir quyruqlarını bağlayıb, Kançilin yuvasına doğru getdilər.

 

Bütün gücləri ilə özlərini cəsarətləndirməyə çalışdılar.

 

Kançil onları görən kimi dərhal qorxduqlarını anladı, sonra yüksək səslə qışqırdı:

 

- Bu səfeh pələngə baxın siz! Atası mənə bir qütb ayısı göndərməli idi, oğlu isə mənim üçün qara birini sürükləyərək gətirir. Eybi yoxdur, bu da olar!

 

Ayı bu sözləri eşitdi və ölümünə qorxdu.

 

- Belə çıxır ki, pələng məni sadəcə aldadıb. Atasının borclarını ödəmək istəyir və məni dəhşətli bir heyvanın yeminə çevirmək istəyir deyə, ayı düşündü.

 

Ayı bir tərəfə, pələng isə digər tərəfə qaçdı. Ayının quyruğu qopdu. O vaxtdan bəri bütün ayıların quyruğu qısadır deyirlər ...

 

Ağıllı Kançil isə sevinir: axı pələngin iti dişlərindən qaçdı!