Nağıllar, hekayələr

Y.M.Tayts. Canavar

Maşanı zooparka apardılar.


Budur - canavar. Maşa onu dərhal tanıdı.


- Niyə Qırmızı papağı yedin? - Maşa canavardan soruşdu.


Canavar susdu.


- Niyə üç donuzu incitdin?


Canavar quyruğunu ayaqları arasına aldı.


- İndi bax beləcə qəfəsdə otur, səni - pis boz canavar!


Bu zaman canavar üzünü başqa yana çevirdi.


- Deməli, utanır! Yəni artıq pis hərəkətlər etməyəcək!