Nağıllar, hekayələr

Lev Tolstoy. Fil

Bir hindlinin fili var idi. Sahibi fili pis yedizdirir və çox işləməyə məcbur edirdi. Bir dəfə fil bərk hirsləndi və sahibini ayaqladı. Hindli öldü. Arvadı ağladı və uşaqlarını filin önünə atıb dedi:

 

- Fil, sən bu uşaqların atasını öldürdün. İndi də bunları öldür!

 

Fil uşaqlara baxdı. Böyüyünü xortumu ilə götürüb boynuna qoydu. Bundan sonra fil böyük oğlana itaət etməyə və onun üçün işləməyə başladı.