Bu maraqlıdır!

Günəş işığı nə üçün istidir?

Günəş işıq saçdığı kimi həm də istilik enerjisini yayır. Günəşin istilik enerjisi bizə şüa adlanan görünməz düz xətt şəklində gəlir. Əlbəttə ki, biz onları görə bilmirik, amma isti, günəşli bir gündə onları dərimizin üzərində hiss edirik.

Enerji bir bədəndən digərinə keçə bilər. Məsələn, isti çayın enerjisi töküldüyü qaba da keçir. 

Həmçinin bizim bədənimiz də istilik verir. Mağazalarda, supermarketlərdə və müəssisələrdə quraşdırılan təhlükəsizlik sistemləri sensorlarla təchiz edilmişdir. İnsan bədəninin istiliyinə reaksiya verən qurğular bir şəxs monitorinq edilən ərazidə göründüyü an dərhal həyəcan siqnalı verir.