16 May - Beynəlxalq İşıq Günüdür
YUNESKO 2017-ci ildə Mayın 16-nı Beynəlxalq İşıq Günü (International Day of Light) elan etdi. Həmin il 147 ölkədə elmin, mədəniyyətin, sənətin, tibbin, eləcə də gündəlik həyatda işıq roluna həsr olunmuş 13000-dən çox tədbir təşkil edildi.
Günün keçirilməsində əsas məqsəd - işığın insan həyatında, bəşəriyyətdə əvəzsiz rolunu yada salmaqdır. Müasir elmdə işığın və işıqla işləyən texnologiyaların rolunu bütün dünyadakı vətəndaşlara çatdırmaqdır. Bundan başqa, tədbirin mühüm vəzifələrindən biri də işıq sahəsində yeni texnologiyaların yaradılması və tətbiqi yolu ilə enerji səmərəliliyi məsələsini həll etməkdir.
Tədbirin tarixi, yəni Mayın 16-sı keçirilməsi, məhz 1960-cı ildə dünyada ilk dəfə fizik və mühəndis T. Mayman tərəfindən uğurla “Lazer” təqdim etdiyi gün ilə bağlıdır.
16.05.2024