Xəbərlər

20 May - Dünya Metrologiya günüdür

Müasir dövrdə metrologiyanın - ölçmələr üzrə elmin insan fəaliyyətinin bütün sahələrində, dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında aparıcı rolu danılmazdır. Bu günün tarixi 1875-ci ilin 20 mayından - Parisdə beynəlxalq diplomatik konfransda 17 inkişaf etmiş ölkənin hökumət nümayəndələrinin məşhur Metrik Konvensiyasını imzalamaqla başlamışdır.


Konvensiyaya uyğun olaraq, Beynəlxalq Kəmiyyət Ölçüləri və Çəkiləri Bürosu yaradılmış və ölçmələr üzrə elm sahəsində beynəlxalq əməkdaşlığın əsasları və onun sənayedə, ticarətdə, cəmiyyətin mənafeyi naminə təcrübi tətbiqi mexanizmləri işlənib hazırlanmışdır. Metrik Konvensiya bütün ölkələrdə elmi-texniki tərəqqiyə təsir etmişdir. Məhz bu sənəddən sonra ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilmiş və onun əsasında Beynəlxalq Ölçmələr Sistemi yaradılmışdır.
Metrik Konvensiyanın ən başlıca məqsədi olan ölçmələrin vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir.


Metrologiyanın qədim dövrlərdən meydana gəldiyi və bir "ölçü elmi" mənasını verdiyi məlumdur. 


Həqiqətən, metrologiya, ölçü elmi olaraq elmi kəşflər və yeniliklər, sənaye istehsalı və beynəlxalq ticarətdə, həyat keyfiyyətinin yaxşılaşdırılmasında və qlobal mühitin qorunmasında əsas rol oynayır.