Xəbərlər

17 iyul - Ümumdünya Emoji Günüdür

17 iyul – Ümumdünya Emoji Günü (World Emoji Day) kimi qeyd edilir. Bu gün, müasir cəmiyyətdə son dərəcə populyar olan simvollara, elektron kommunikasiya sistemində istifadə etdiyimiz işarələrə (piktoqram, ideoqram və gülüş işarələrinə) həsr edilib. Bayram qeyri rəsmi olsa da, hər il populyarlığı artır.


Bir şəxsin əhval-ruhiyyəsini, duyğularını simvollaşdırmaq, müxtəlif obyektləri, həm də müəyyən həyat vəziyyətlərini təsvir edə bilən simvollar “emoji” adlanır. 2014-cü ildən bəri qeyd olunan xüsusi günün hər kəsin qoşula biləcəyi, flaş-moblarda iştirak etməyə imkan yaradan öz veb saytı belə var.


Emoji, Yapon sözüdür - “Şəkil, işarə, simvol"  mənasını verir. "Şəkildəki işarə" və ya "şəkildəki xarakter" kimi tərcümə olunur.


Şiqetaka Kurita tərəfindən 1990-cı illərin sonunda yaradılan emojilər, özəlliklə son illərdə artan ağıllı telefon istifadəsi ilə birlikdə  dünyada bir fenomenə çevrildi. Şiqetaka ilk əvvəllər peycerlər üçün emoji sistemi hazırladı və sonradan bu işarələr inkişaf edərək artıq mobil telefonlar və kompüterlərə köçdü. Yalnız Yaponiyada mövcud olan emoji sistemi dünyada yayılmağa başladı.

“Emojipediya”  - emojilərin mənasını izah edən bir onlayn ensiklopediya da yaradıldı.