30 sentyabr - Beynəlxalq Tərcüməçilər günüdür
Bu gün Beynəlxalq Tərcüməçilər günüdür.
Beynəlxalq Tərcüməçilər Federasiyasının (FİT) qərarı ilə bu bayram 1991-ci ildən etibarən hər il sentyabrın 30-da qeyd edilir.
Bibliyanı (Vulqatı) latın dilinə tərcümə etmiş və ənənəyə görə tərcüməçilərin hamisi hesab olunan İeronim Stridonski 420-ci il sentyabrın 30-da dünyasını dəyişdiyinə görə bu tarix tərcüməçilər günü kimi təyin edilib.
386-cı ildə İeronim Vifleyemdə məskunlaşıb və burada uzun illər boyu Bibliyanı (Əhdi-Ətiqi və Əhdi-Cədidi) latın dilinə tərcümə edib. 11 əsrdən sonra Trident kilsəsi məhz bu tərcüməni Müqəddəs yazının (Vulqatın) rəsmi latın mətni elan etmişdir. Bundan əlavə, İeronim “qlaqolitsa” deyilən qədim slavyan əlifbasının banisi hesab edilir.
Tərcüməçilər bayramının populyarlığı ilbəil artır. 2004-cü ildən başlayaraq bu bayram müxtəlif devizlər altında qeyd edilir.
“Tərcümə çoxdilliliyin və mədəni müxtəlifliyin əsasıdır”, “Tərcüməçinin öz peşəsi və cəmiyyət qarşısında məsuliyyəti”, “Dillər çoxdur, peşə - bir”, “Birlikdə işləyirik” və s. Aleksandr Sergeyeviç Puşkin tərcüməçiləri obrazlı şəkildə “Tərəqqinin poçt atları” adlandırırdı.
30.09.2024