Təbiət

Balıqlar necə hərəkət edir

Balıqların bədən formalarına görə təyin etmək olar ki, onların hansı yaxşı üzgüçüdür, hansı isə yox.

 

Sualtı qayıq konstruktorları gəminin düzəldilməsində ən sürətli balıq olan tunesin bədən formasında istifadə etmişlər. Onun bədəni axarlı, bel və arxa üzgəclər kiçik olub stabilizator (gəmiləri və s. Sabit vəziyyətdə saxlamaq üçün xüsusi qurğu) rolunu oynayır. Tunes sürətlə üzdükdə üzgəclər bədənə yapışmış vəziyyət alır və o, belə vəziyyətdə torpedanı xatırladır, sürətini azaltdıqda isə üzgəclər açılır.

 

Bəzi balıqlar üzgəclərdə tək üzmək üçün yox, quruda hərəkət etmək üçün də istifadə edirlər. Anabas gölməçədən gölməçəyə güclü döş üzgəclərinin köməyilə sürünür. Hoppanan lil balığı qida axtarmaq üçün sahilə tullanır və hətta bitkilərin üzərinə çıxır.

 

Elə balıqlar da var ki, üzgəclərinin köməyi ilə havada uçur. Bəzilərində bu uçuş planlı şəkildə həyata keçirilir. Onlar sudan tullanıb 200 m-ə bərabər uzaq bir məsafəni qət edirlər. Çox vaxt onlar belə uçuşları yırtıcılardan xilas olmaq üçün edirlər. Bu balıqlar dəstəsini uçan balıqlar adlandırırlar.

 

Balıqların hərəkəti üçün üzgəclər, onların ölçüləri və forması üçün çox vacibdir.

 

Başqa balıqlar isə qanad çalmaqla uçmaq qabiliyyətinə malikdirlər. Onlar son dərəcə böyüdülmüş üzgəclərini qanad kimi yellədirlər. Onların üzgəc sümüklərini birləşdirən əzələlər çox yaxşı inkişaf etmişdir. Qastropilekus balığına fikir versək, belə nəticəyə gəlmək olar ki, tamamilə müxtəlif heyvanların (bu halda balıqlar və quşlar) eyni hərəkət üsulları onların oxşar quruluşları ilə bağlıdır.

 

Angvil ilan kimi uzun, ensiz və elastik bədəninin qıvrılması vasitəsilə üzür.

 

Ot basmış gölməçələrdə yaşayan skalyarı balığının bədəni yanlardan yastıdır, yan tərəfdən baxdıqda o, lövhəni və ya diski xatırladır.

 

Skat da yastı balıqdır, lakin “başqa cür” yastıdır. Bəzi skatlar su dibi balıqlarıdır. Bədənin yastı forması onların su dibində gizlənməsinə şərait yaradır. Digər skatlar (məsələn, manta) su içərisində “uçmağı” bacarırlar. Onların üzgəclərindən dalğalar keçir və suda onların hərəkəti uçuşa bənzəyir.