Şeirlər

Mirvarid Dilbazi . Qocalar

Quşlar havada uçur,
Uşaqlar yerdə qaçır.
Qocalar nə quş kimi
Göydə uça bilirlər,
Nə də uşaqlar kimi,
Yerdə qaça bilirlər.
Bir tərəfdə oturub
Dərin fikrə dalırlar.
Ötüb gedən günləri
Yadlarına salırlar.