Ağdam Cümə məscidi
Ağdam Cümə məscidi (inv. 202) 1868-1870-ci illərdə tikilmişdir. Memarı Kərbəlayi Səfixan Qarabaği olan məscidin iki minarəsi var. Məscid binası daşdan, binanın fasad hissəsinin künclərindən ucalan minarələr isə kərpicdən hörülmüşdür.
1993-cü ildə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra digər tarixi abidələrimiz kimi Ağdam Cümə məscidi də yandırılıb, ciddi dağıntılara məruz qoyulub.
Məscidin bugünkü vəziyyəti UNESCO-nun 1954-cü ildə qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” Haaqa Konvensiyasının Ermənistan Respublikası tərəfindən pozulduğunu bir daha nümayiş etdirir.
15.10.2020