Qarabağ

Şəlvə sövməəsi

Şəlvə sövməəsi Laçın rayonunun Şəlvə kəndində XV əsrə aid edilən sövməə tipli alban məbədləri sırasına daxildir.


Sövməə binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib. 


Tikintinin inşa strukturu ətraf ərazilərdə olan mərkəz tipli bazilikası olan digər sovməələrlə səsləşir, memarlıq quruluşuna görə onlara daha çox bənzərliyi diqqəti cəlb edir. Onlar arasında əhəmiyyətli fərq yalnız qurbangahın qapısının hər iki tərəfində keşiş cübbələrinin və kilsə avadanlığının saxlandığı yerlərin mövcud olmasıdır. 


Sövməədə işıqlandırma məsələsi pəncərələrlə həyata keçirilir. Dörd pəncərənin üçü sövməənin şərq divarında, biri isə qərb divarındadır. Sövməəyə giriş tikilinin qərb tərəfindəndir. Yonulmamış yerli, eləcə də qəbirüstü abidə daşlarından və əhəng-qum qarışığından inşa edilən sövməə içəridən yaxşıca suvanmışdı. Şimal divarında yuxarıda ənənəvi qaydaya uyğun olaraq tarixçə yazılsada onu oxumaq mümkün deyil. Yerli şəraitə və materiallara uyğun olaraq divarlar yetərincə qalın şəkildə hörülmüşdür. Hətta qərb tərəfdə hörgünün qalınlığı bəzən 1,4 m-ə çatır. 


Sövməənin bir çox yerində oxunması mümkün olmayan yazılar aşkar edilmişdir.


Sövməənin xaricdən uzunluğu 13,5, eni isə 8,5 metrdir. Sövmənin yenidən tikintisi üçün yerli təbii daşlarla yanaşı əvvəllər onun ətrafında salınmış qədim qəbiristanlıqda olan məzar daşlarından da tikinti materalı kimi istifadə edilməsi açıq aydın görünür. 


Məbəd hal-hazırda erməni silahlı birləşmələrinin işğalı altındadır.