Şeirlər

Mürvət Qədimoğlu. Təzə il

Bürünübdü çöl-çəmən
Ağappaq, bəyaz qara.
Ağ qardan don biçilib
Bağçalara, bağlara.

 

Dolanır qapı-qapı,
Çiynində də heybəsi.
Bizim hər birimizə
Heybədə hədiyyəsi.

 

Yenə dolur uşaqla
Hər bir həyət, hər qapı.
Yenə çıxıb həyətə
Oynayırıq qartopu.

 

Arzumdur: Şaxta baba
Qar yağdırsın hər dağa,
Bizi qonaq çağırsın
Gələn il Qarabağa!

 

Çəkilsin üstümüzdən
Qara bulud, boz külək.
Gələn il təzə ili
Şuşada bayram edək!