Musiqi

Biz qələbə çalmalıyıq

Musiqi: Süleyman Ələsgərov
Söz: Qurban Musayev

 

I


Silahlanın, oğlum, qızım,
Biz qələbə çalmalıyıq!
Can evinə sığmır arzum,
Bundan hali olmalıyıq,
Biz qələbə çalmalıyıq!

 

Nəqarət:


Şən Qarabağ mahalının,
Şuşamızın, Xocalının,
Min İsmətin, min Alının
Qisasını almalıyıq,
Biz qələbə çalmalıyıq.

 

II


Düşmən bizi bilsə tək də,
Əl qalmasın yad ətəkdə,
Qaçmaq olmaz, lap ölsək də
Yurdumuzda qalmalıyıq,
Biz qələbə çalmalıyıq!


Nəqarət