Xəbərlər

19 iyun- Ümumdünya Uşaq Futbolu Günüdür

Bu bayram 2001-ci ildə FİFA ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu arasında bağlanmış müqaviləyə əsasən yaranıb.

 

Bayramın təsis edilməsində əsas məqsəd onsuz da, dünyada ən populyar idman oyunlarından biri sayılan futbolu daha da populyarlaşdırmaq, eləcə də sağlam həyat tərzini təbliğ etməkdir.

 

Uşaqlar və yeniyetmələr arasında da bu oyun olduqca populyardır. Futbol fiziki dözümlülük bacarıqları ilə yanaşı, uşaqlara komanda ruhunu, ahəngdarlığı, dostluğu öyrədir, əzm və qətiyyəti, çevikliyi, konsentrasiyanı inkişaf etdirir. 

 

Ənənəvi olaraq iyunun 19-da dünyanın müxtəlif yerlərində uşaqlar arasında futbol yarışları və çempionatlar keçirilir. Uşaqlar bu yarışlarda həyəcan və uğurla çıxış edir. 

 

Xatırladaq ki, hər il dekabrın 10-da Ümumdünya Futbol Günü qeyd edilir.