Nağıllar, hekayələr

Pendir tikələri

Biri vardı, biri yoxdu, bir zamanlar Qottemdə bir adam yaşayırdı. Bir dəfə o, yığışıb bazara pendir satmağa yollandı. Təpədən üzü aşağı düşüb Nottinqem körpüsünə yaxınlaşanda torbasındakı pendir tikələrindən biri yerə düşüb yol boyu diyirlənməyə başladı.

 

- Ey, dostum, oğlan səsləndi. Olmaya bazarın yolunu tanıyırsan? Əgər tanıyırsansa, qoy qalan pendirləri də sənin dalınca yola salım.

 

Qottemli oğlan torbanı çiynindən yerə atıb pendir tikələrini çıxartdı, bir-birinin dalınca yolda cərgəyə düzdü.

 

Bir parça pendir diyirlənə-diyirlənə gedib kola ilişdi, başqa birisi otların arasına düşdü. Oğlan pendir tikələrinin ardınca qışqırdı:

 

- Allah qoysa, bazarda görüşərik!

 

Pendir parçalarını qarşılamaq üçün oğlan bazara çatıb gözləməyə başladı. Bazar bağlanana kimi dayanıb gözlədi.

 

Sonra bir-bir qonşulara yaxınlaşıb pendirlərini bazarda görüb-görmədiklərini xəbər aldı.

 

- Onları bazara kim gətirməli idi ki? Qonşulardan biri soruşdu.

 

- Necə yəni kim gətirməli idi! oğlan cavab verdi. Özləri gəlməli idilər. Onlar yolu çox yaxşı tanıyırlar.

 

Amma pendirlər elə sürətlə qaçırdı ki, qorxuram, indi Yorka çatmış olsunlar.

 

Oğlan bu sözləri deyib yola düzəldi. Amma onu da deyim ki, bu günəcən oğlanın pendirlərini görən olmayıbdır.