Nağıllar, hekayələr

Balaca siçanın böyük sərgüzəştləri

Bir gün balaca bir siçan dünyanı dolaşmağa qərar verdi. Nənəsi yol çantası hazırlayıb onu yola saldı. Siçan sakit günəşli bir gündə yola çıxdı.

 

Az getdi, üz getdi, dərə-təpə düz getdi, tezliklə qarşısına böyük bir göl çıxdı. Siçan ətrafa baxdı, amma yaxınlıqda heç kim yox idi. Siçan öz-özünə deyindi:

 

 -Təəssüf ki, ətrafımda heç kim yoxdur, yoxsa gücümü hər kəslə ölçməyə hazıram!

 

O, gölü üzüb keçəndən sonra, suyu üstündən silkələdi və yenə də öz-özünə dedi:

 

- Mənim üzdüyüm kimi delfin də üzsəydi, lap yorulub əldən düşərdi!

 

Nəhəng göl isə yağışın su ilə doldurduğu nənənin ayağının sadəcə bir izi idi.

 

Siçan başqa yola çevrildi və tezliklə hündür bir dağa rast gəldi. Ətrafda yenə heç bir canlı yox idi və siçan çox üzülərək dedi:

 

- Heyf ki, yaxınlıqda maral yoxdur, yoxsa ona tullanmağın yolunu göstərərdim.

 

Siçan bir sıçrayışla dağın üstündən atladı.

 

-   Pis deyil! – lovğalanaraq siçan dedi.- Hətta deyərdim - Əladır!

 

Dağ isə sadəcə bir dəstə quru ot yığını idi.

 

Siçan qaçaraq yoluna davam etdi və birdən həyat və ölüm uğrunda mübarizə aparan iki ayı gördü.

 

- Dayanın!- deyə o, qışqırdı, - Dedim sizə dayanın, yoxsa bir-birinizi öldürəcəksiniz!

 

Lakin ayılar onu eşitmədilər. Siçan onların arasına girib onları ayırdı.

 

- Mən çox cəsur və güclüyəm, - siçan onlara dedi, - Qaçın və bir daha yoluma çıxmayın!

 

Ayılar ordan uzaqlaşdılar. Onlar sadəcə tarla böcəyi və milçək idi.

 

- Bəlkə də bu gün üçün kifayətdir - deyə siçan öz-özünə dedi və evə doğru qaçdı.

 

- Nələr görüb, nələr ilə qarşılaşdım - nənə! - o, qapının ağzından qışqırdı və dərhal bütün sərgüzəştlərini nənəsinə danışdı.

 

- Oh, mənim axmaq balam ... - nənəsi gülərək ah çəkdi.