Nağıllar, hekayələr

Avar xalq nağılı. İlan və tülkü

İlan və tülkü bir gün dost oldular. Günlərin birində ilan tülküyə dedi:


- Gəl dünyanı gəzək.


Tülkü razılaşdı və onlar yola düşdülər. Gecə getdilər, gündüz getdilər, nəhayət dəniz sahilinə gəlib çatdılar.


- İndi biz nə edək? – deyə ilan soruşdu. – Axı mən üzməyi bacarmıram. Biz o biri sahilə necə çıxa bilərik?


- Gəl sən mənim belimə min, - deyə tülkü cavab verdi.

 

Tülküyə çətin olsa da, o biruzə verməyib üzməyə davam edirdi. Birdən dənizin ortasında ilan tülkünün boynunu sıxıb onu boğmağa başladı. Tülkü bunu görüb, dedi:


- Mənim canım bədənimdən çıxmaqdadır, mən sənin gözlərinə baxmadan ölməkdən qorxuram. İmkan ver, son dəfə sənə baxım.


- Yaxşı, - deyə ilan razılığını bildirdi və başını irəli uzatdı.


Tülküyə elə bu lazım idi. O ilanın başından yapışdı və onu gəmirdi. İşini gördükdən sonra, ilanı sahilə atıb dedi:


- Mən dostda düzlüyü xoşlayıram, əyriliyi yox!