Bu maraqlıdır!

Qara kitab nədir?

XX-ci əsrin ortalarında (1950-ci illərin sonlarında) elm adamları, məhv olmaq ərəfəsində olan və qorunmağa ehtiyacı olan flora və fauna nümayəndələrini siyahıya almaq üçün “Qırmızı Kitab” tərtib etmişlər. Bununla yanaşı, artıq nəsli kəsilmiş heyvan və bitki növlərinin siyahıya alındığı - Qara Kitab da var.

 

1966-cı ildə nəşr olunan ilk beynəlxalq Qırmızı Kitaba 200 quş növü, 100 məməli növü və 25.000 bitki növü daxil edilmişdir. Təəssüf ki, nəsli kəsilməkdə olan flora və fauna növlərinin sayı tam dəqiq olmasa da, yalnız hər il artmaqdadır.

 

Heyvanların Qara Kitabı isə əsl kömək fəryadıdır, bütün bəşəriyyət üçün bir siqnaldır. O, insanları fikirlərini dəyişməyə və ətrafdakı canlı dünyanın məhv olmamasına yönəlmiş hərəkətlərini dayandırmağa çağırır.

 

“Qara kitab” 1500-cü ildən bəri Yer planetindən yoxa çıxan bütün heyvanların siyahısını əks etdirir. Onların həqiqətən mövcud olmasını kitablarda, rəsmlərdə, təbiətşünasların və səyahətçilərin yazılan hekayələrində tapmaq mümkündür. Onların nəsli kəsilməsinin əsas səbəbi isə məhz - insan fəaliyyətidir.

 

Qara kitaba qara siyahı da deyilir. O, Qırmızı Kitabda dərc olunur və onun statusuna malikdir: regional, milli və ya beynəlxalq. İlk iki halda, siyahıya müəyyən bir ərazidə mövcudluğunu dayandıran, lakin hələ də planetin başqa yerlərində tapıla bilən növlər daxildir.

 

Beynəlxalq Qara Kitabda - insanlar tərəfindən tamamilə məhv edilmiş və ya landşaft iqlim dəyişiklikləri səbəbindən yoxa çıxan 800-dən çox heyvan və bitki növü öz əksini tapmışdır. Siyahıya 1600-cü ildən bəri nəsli kəsilmiş canlılar daxildir. Qədim növlərin həyatını, görünüşünü, yaşayış yerlərini, vərdişlərini, təsnifatını və çoxalmasını mühakimə etmək çətindir: 500 il əvvəl insanlar elmi təsvirlər qeydə almayaraq, müşahidə olunan növləri indiki kimi ətraflı təsvir etmirdilər. Təxminən 400 il əvvəl yeni növlərin ilk ətraflı təsvirləri görünməyə başladı, məhz bunun sayəsində müəyyən bir heyvan aydın şəkildə təsnif edilə bilər.

 

İndi isə, insanların indiyə qədər qeydə aldığı və təsvir etdiyi, lakin təəssüf ki, artıq planetdə mövcud olmayan ən parlaq və ən maraqlı canlılar haqqında danışaq:

 

XVI-cı əsrdə nəsli kəsilmiş növlər

Onlar haqqında az şey məlumdur. Beləliklə, Noronhomys vespuccii gəmiriciləri haqqında qeydlər 1503-cü ilə təsadüf edir. Bu növ maraqlıdır, çünki o, Fernandu-di-Noronya arxipelaqının adalarında yayılmışdır. Florensiyalı səyyah Ameriqo Vespuççinin gəmiləri  XVI-cı əsrin əvvəllərində bura gəlmişdır. Zooloqların fikrincə, yerli gəmiricilər məhz Vespuççinin gəmilərindən adalara gələn gəmi siçovulları tərəfindən məhv edilib. Eyni səbəbdən - doğma yaşayış yerlərindən götürülərək başqa kontinentlərə, torpaqlara, aparılan bir çox heyvanın nəticə olaraq nəsli kəsilmişdir.

 

 

Steller qarabatdağı

Steller qarabatdağı (лат. Urile perspicillatus) - Komandor adalarında yaşayan uça bilməyən nəsli kəsilmiş quş növüdür. Bu canlı Qeorq Vilhelm Stellerin şərəfinə adlandırılmışdır (1709—1746). Dünyanın ən iri qarabatdaqlarından biri olmuşdur. Uzunluğu 96 sm, çəkisi 6 kq təşkil edib. Böyük ölçüsü və metal parıltılı lələkləri ilə fərqlənib. Erkək fərdlərin gözləri ətrafında sanki eynək vardır.

Əsasən qayalıqlı ada sahillərində məskunlaşırdılar. Olduqca ləng idilər. Ya zəif uçur və ya heç uça bilmirdilər. Bu səbəbdən onların suda üzməsi ehtimal edilir. Yalnız balıqla qidalanırdılar.

Növ ilk dəfə 1741 ildə Vitus Berinqin ekspedisiyası Qeorq Vilhelm Steller tərəfindən aşkarlanmışdır. Növ böyük saya malik olmasına baxmayaraq kütləvi ovlanma və yumurtalarının yığılması aşkarlanmasından 100 il sonra sayı tükənmişdir. Sonuncu quş 1852-ci ildə ovlanmışdır. Bir necə fərd digər adalarda görünsədə onlar da ovlanmışdır. 1912 ildə bir necə fərdin görülməsi iddia edilsədə təsdiqini tapmamışdır.

 

 

Nəhəng fossa

Nəhəng fossa (lat. Cryptoprocta spelea) - Madaqaskarda yaşayan yırtıcı heyvan olub. Madaqaskarın şimal və qərb bölgələrində tapılan nəhəng fossaların qalıqları qeoloji epoxalardan biri olan Holosen dövrünə aiddir. O, hazırda mövcud olan fossadan daha böyük ölçüsü və kütləsi ilə fərqlənib. Bədən çəkisi 20 kiloqrama çatırdı.  Bədəni kütləvi, əzələli, başı - kiçik, qulaqları böyük, gözləri isə iri olub.

Boyunu uzun, ön ayaqları qısa, arxa ayaqları isə öndən daha yüksək və güclü olub. Dişləri iri, cəmi 32-36 dişə sahib olub. Quyruğ uzun, çox vaxt bədənin uzunluğuna bərabər olub.

 

 

Dəniz inəyi

Komandor adaları yaxınlığında yaşayan, insan tərəfindən nəsli kəsilən (1768), Sirenlər dəstəsinə daxil olan su məməlisi olub.  Dəniz inəkləri ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı aşkarlanıb. Adı ekspedisiyanın həkimi və bu canlı haqqında ilk ətraflı məlumat verən Georq Stellerin şərəfinə adlandırılıb.

Steller inəkləri nəhəng ölçülərə malik olmuşlar. Onlar ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən Hidrodamalis Kuestadan (ehtimal ki, bu canlılar 10 metr uzunluğa və 10 ton çəkiyə malik olmuşlar) geri qalırdı. 7-8 metr uzunluğa və beş tondan artıq çəkiyə malik olub.

Heyvanın qidası bitki mənşəli olub, yosun və dəniz yosunu üstünlük təşkil edib.

Bəziləri bu canlıları Kamçatka diyarı sahilləri boyunca gördüklərini iddia edirdilər. Ancaq bu fərziyələr öz təstiqini tapmamışdır. Dünyanın bir çox muzeylərində onların sümüklərinə rast gəlmək olar. Bəzi muzeylərdə isə bütöv skeletləri saxlanılır.

 

 

Dront və ya Dodo

Dront və ya Dodo (lat. Raphus cucullatus)- Mavrikiy adasında yaşayan uça bilməyən quş olub. Göyərçinlər fəsiləsinin raphus cinsinə aid quş növüdür. Yöndəmsiz bir bədən quruluşu və əyri formalı dimdiyi ilə fərqlənirdi. Vəhşi təbiətdə ciddi düşmənləri olmayıb, lakin yaşayış yerlərinə çatan insanlar tərəfindən tamamilə məhv edilmişlər.

 

 

Qafqaz zubru

Qafqaz zubru (lat. Bison bonasus caucasicus)- XX-ci əsrin əvvəllərinə qədər Qafqaz dağlarında yaşamış iri heyvan olub. Nəzarətsiz brakonyerlik nəticəsində tamamilə məhv edilib. 1927-ci ilə qədər Baş Qafqaz silsiləsinin şimal-qərb meşəliklərində yayılmış, Avropa zebusuna daxil olan yarımnövdür. Onlar əvvəllər şimal-qərbi İran ərazisinə qədər yayılmışdılar. XIX əsrin ortalarında ancaq Kuban çayı ətrafə ərazilərdə 2000 baş olaraq qalmışdı. Sayları insa tərəfindən ovlanması səbəbindn azalırdı. Birinci Dünya müharibəsi sonrası cəmi 500 baş zubr qalmışdı. 1927-ci ilin yayında sonuncu zubrun brakonerlər tərəfindən Aloud dağı ətrafında ovlanması qeydə alınmışdır. Bundan sonra bu canlıların axtarışları bir səmərə verməmişdir. Bununlada bir məməli yarımnövü yer üzündən silinmişdir. Alimlər və həvəskarlar Qafqaz bizonunun populyasiyasını bərpa etmək üçün xeyli iş görmüşlər. Nəticədə, hazırda Qafqaz Qoruğunda məhv edilmiş bizona mümkün qədər oxşar olan hibrid heyvanlar yetişdirilir.

 

 

Mavritaniya dolçadimdik tutuquşusu

Genişdimdikli tutuquşu və ya dolçadimdik tutuquşu (Lophopsittacus mauritianus) - nəsli kəsilmiş tutuquşu növüdür. Mavrikiy adasında yayılmışdır. Bu tutuquşu digər tutuquşuların əksəriyyətindən böyük başı, iri dimdiyi və tünd rəngi ilə fərqlənirdi. Dolçalı tutuquşuların üstün uçuş xüsusiyyətlərinə malik olmadığı və vaxtının çox hissəsini ağaclarda və ya yerdə keçirdiyinə dair fikirlər var.

 

 

Xəzər pələngi

Xəzər pələngi (Panthera tigris tigris, əvvəllər lat. P.t.virgata) - Nəsli kəsilmiş pələng növüdür. Heyvan Mərkəzi Asiya regionunda və Qafqaz dağlarında yaşayırdı. Həmçinin Turan pələngi, Mazandaran pələngi, Hirkan pələngi kimi adları da mövcud olmuşdur. Digər pələng növlərindən zəngin odlu qırmızı tükləri və qəhvəyi rəngli zolaqları ilə fərqlənirdi. Gizli həyat tərzi və yaşayış yerlərinin əlçatmazlığı səbəbindən kifayət qədər zəif öyrənilmişdir. Xəzər pələngi iri ölçülü pişik idi. Erkəklər 270-295 sm uzunluğa, 240 kq-a dək çəkiyə, dişilər isə ortalama 250 sm uzunluğa və 135 kq-a qədər çəkiyə malik olurdurlar. Lakin, daha iri fərdlər də qeydə alınmışdır. Məsələn, 1899-cu ildə Göytəpədə ovlanan bir erkək fərdin dərisi quyruğu ilə birgə 360 sm olaraq ölçülmüşdür. Məhşur rus zooloq Satunin bu nəhəng fərdi “ən az Tuzemna atı boyda” deyə təsvir edir.

 

 

Kvaqq zebrası

Kvaqqa (lat. Equus quagga quagga) — əvvəllər ayrı bir zebra olaraq hesab edilən məhv olmuş canlıdır. Həm zebranın, həm də adi bir atın tipik rənginə sahib olan nəsli kəsilmiş heyvandır. Bədənin ön hissəsi zolaqlı, arxa tərəfi isə hamar idi. Kvaqqa demək olar ki, insanlar tərəfindən əhəliləşdirilmiş nadir nəsli nəsilmiş heyvan növlərindən biridir. 20-ci əsrin 80-ci illərindən bəri kvaqqaya mümkün qədər oxşar olan hibrid heyvan yetişdirmək cəhdləri edilmişdir.

 

 

İbtidai öküz Tur

İbtidai öküz və ya tur (lat. Bos primigenius) — boşbuynuzlular fəsiləsinin əsl öküzlər cinsinə aid nəsli kəsilmiş növdür. Növün sonuncu nümayəndəsi 1627-ci ildə öldü. O, çox güclü bədən quruluşu və böyük fiziki gücü ilə seçilirdi.

 

 

Tarpan

Tarpan (Equus ferus ferus)- Avrasiya vəşi atı kimi də tanınan,nəsli kəsilmiş vəhşi at növünün yarımnövüdür. Yarımnövə aid sonuncu nümayəndənin 1909-cu ildə Rusiyada əsirlik altında öldüyü güman edilir. Bəzi mənbələr isə yarımnövün nümayəndələrinin əhliləşdirilmiş atla oxşarlığını nəzərə alıb bunun həqiqi vəhşi at olmadığını iddia edirlər.  1930-cu illərin əvvəllərində, "təkrari seçmə" adlanan süni seçmə yolu ilə tarpanlara bənzəyən at növlərininin alınmasına cəhdlər olmuşdur. Bu vasitə ilə alınan bəzi atlar kommersiya məqsədi ilə "tarpan" kimi təqdim olunur. Ancaq qədim vəhşi atların tarixi haqqında təhsil alanlar iddia edirlər ki, "tarpan" adı yalnız həqiqi vəhşi atı xarakterizə edir.

 

 

Abinqdon fil tısbağası

Abinqdon fil tısbağası (лат. Chelonoidis abingdonii) -Qalapaqos adalarından olan quruda yaşan, nəsli kəsilmiş  tısbağadır. Təbiətdə 100 ildən çox, süni şəraitdə saxlandıqda isə 200-ə yaxın ömrü olub. Bu, kütləsi 300 kiloqrama çatan planetdəki ən böyük tısbağalardan biridir. 1877-ci ildə Albert Günter tərəfindən təsvir edilmişdir.

 

 

Ara martinicus

Ara martinicus- Martinika adasına endemik olan, nəsli kəsilmiş tutuquşu  olub. Haqqında az məlumat var. Onun haqqında yeganə qeyd XVII-ci əsrin sonlarına aiddir. İndiyə qədər skeletin bir parçası da tapılmayıb. Bir sıra elm adamları hesab edirlər ki, quş ayrıca bir növ deyil, mavi-sarı macawın-ın yarımnövü olub.

 

Qızıl qurbağa

Kosta Rikanın tropik meşələrinin çox dar bir bölgəsində yaşamış, nəsli kəsilmiş qurbağa növüdür. 1990-cı ildən bəri nəsli kəsilmiş növ hesab edilir, lakin növlərin ayrı-ayrı nümayəndələrinin hələ də sağ qalacağına ümidlər var. Dərisi qırmızı rəngli parlaq qızılı rəngə malik olub.

 

 

Moa quşu

Yeni Zelandiyada yaşayan, boyu 3,5 metrə qədər olan nəhəng quş olub. Moa bütöv bir dəstədir, tərkibində 9 növ var idi. Onların hamısı ot yeyən idi və gənc ağacların yarpaqları, meyvələri və tumurcuqları ilə qidalanırdılar. Rəsmi olaraq 1500-cü illərdə nəsli kəsilmiş, lakin 19-cu əsrin əvvəllərində moa quşları ilə qarşılaşdıqlarına dair təsdiqlənməmiş sübutlar var.

 

 

Berber şiri

Berber şiri (lat. Panthera leo leo) — panter cinsinə aid nəsli kəsilmiş heyvan yarımnövüdür. Aslanların bu alt növü Şimali Afrikada kifayət qədər geniş yayılmışdı. Bu aslanı tünd rəngli uzun yalı və çox güclü bədən quruluşu ilə seçilirdi.

 

 

Bali pələngi

Panter cinsinə aid nəsli kəsilmiş heyvan yarımnövüdür. Sonuncu Bali pələngi 1937-ci ildə vurulub.

 

 

Epiornis

Epiornis (лат. Aepyornithidae) - 17-ci əsrin ortalarına qədər Madaqaskarda yaşayan uça bilməyən quş olub. Hal-hazırda alimlər vaxtaşırı bu günə qədər sağ qalmış bu quşların yumurtalarını aşkar edirlər, lakin qabıqdan əldə edilən DNT-nin analizinə əsasən demək olar ki, epiornis müasir kivi quşunun əcdadıdır, lakin daha kiçik olub.

 

 

Çin çay delfini

Bir növ olaraq, nisbətən yaxınlarda - 1918-ci ildə aşkar edilmişdir. Tipik yaşayış yeri Çin Yangtze və Qiantanq çaylarıdır. Zəif görmə və inkişaf etmiş ekolokasiya aparatı ilə fərqlənib. Delfin 2017-ci ildə nəsli kəsilmiş elan edilib. Dəfələrcə sağ qalan fərdləri tapmaq cəhdləri uğursuz olub.