Nağıllar, hekayələr

Linqvistik nağıl. Həmcins üzvlü cümlələr haqqında nağıl

Uzaq bir səltənətdə iki əkiz qardaş yaşayırdı. Qardaşlar bir-birinə çox bənzəyirdi. Onlara verilən suallara həmişə yekdilliklə cavab verirdilər. 

 

Hər şey yaxşı idi, lakin onlar tez-tez dalaşır və bir-birindən ziyankar Vergüllə ayrılırdılar.


Bir gün, İSƏ, AMMA və VƏ qardaşları onları barışdırmaq qərarına gəldilər. İSƏ və AMMA nə qədər çalışsalar da, onlarda heç nə alınmadı. Yalnız xeyirxah və mehriban VƏ onların edə bilmədiyini bacardı - həmcins üzvlü qardaşları barışdırdı. Qardaşlar bir-birlərinə gülümsədilər, iyrənc Vergülü aralarından qovdular və əl-ələ verib mehriban yaşamağa davam etdilər.


O vaxtdan bəri, əkizlər nə vaxt ki, VƏ ilə gəzir, heç vaxt mübahisə etmirlər və Vergüllə ayrılmırlar. Ancaq VƏ onların yanından ayrılan kimi, dərhal Vergül peyda olur və yenə qardaşların arasına girir. İSƏ və AMMA hələ də onu uzaqlaşdıra bilmirlər. 


Bax beləcə həmcins üzvlü cümlələr Vergül və Vergülsüz yaşayırlar!